Skip to content

BlackBerry Passport Silver Edition SQW100-4 Smartphone

RHR191LW

Təhlükəsizlik haqqında məlumat

BlackBerry smartfonunuzu (bundan sonra "smartfon" adlandırılacaq) istifadə etməyə başlamamışdan əvvəl, bu sənəddə əksini tapan təhlükəziliklə əlaqədar və normativ məlumatı nəzərdən keçirin. Ehtiyacınız olduqda baxmaq üçün bu kitabçanı etibarlı yerdə saxlayın.

Bəzi ölkələrdə Bluetooth və şifrələmə proqram təminatı olan simsiz cihazların istifadəsinə məhdudiyyətlər qoyulmuş ola bilər. Ərazinizdəki məhdudiyyətləri yerli icra orqanları ilə dəqiqləşdirin.

Məhsulla və təhlükəsizliklə əlaqədar ən yeni məlumatlara baxmaq üçün www.blackberry.com/safety saytına daxil olun.

Zəmanətlə bağlı ən son məlumata baxmaq üçün www.blackberry.com/legal veb-səhifəsinə daxil olun.

Vacib təhlükəsizlik xəbərdarlıqları

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuzla yalnız təsdiq edilmiş batareya və adapterlərdən istifadə edin. BlackBerry tərəfindən təsdiqlənməmiş aksessuarlardan istifadə yanğın və ya partlayış riski yarada bilər, bu isə ciddi xəsarət, ölüm və ya əmlak itkisinə səbəb ola bilər.

Yalnız BlackBerry tərəfindən təsdiqlənən qoburlardan istifadə edin. BlackBerry tərəfindən təsdiqlənməmiş qoburlardan istifadə smartfonun radiotezlik təsiretmə standartlarının pozmasına səbəb ola bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfon ilə bədəniniz arasında ən azı 0,59 düym (1,5 sm) məsafə saxlayın. Smartfonu üzərinizdə gəzdirərkən yalnız inteqrasiya edilmiş kəmər qısqacı olan aksessuarlardan istifadə edin və əgər aksessuar BlackBerry tərəfindən təchiz edilməyibsə, aksessuarın tərkibində metal olmadığını yoxlayın. Bu təlimatlara əməl etməsəniz, smartfonunuz radiotezliklərə məruz qalmaya dair standartların həddini keçə bilər. Radiotezliklərə məruz qalmanın uzunmüddətli əsasda sağlamlığa təsirləri hazırda elmi tədqiqatlarla öyrənilməkdədir.

Bu smartfonun FCC radiotezlik emissiya təlimatlarına uyğun olmasına dair ətraflı məlumat üçün www.fcc.gov/oet/ea/fccid saytına baxın və aşağıda sadalananlar arasından smartfonunuz üçün FCC ID kodunu axtarın.

  • BlackBerry Passport SQW100-4 smartfonu (model nömrəsi RHR191LW): FCC ID L6ARHR190LW
Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuz 32 və 95°F (0 və 35°C) temperaturlarda istismar edilmək üçün nəzərdə tutulmuşdur. Smartfonunuzun tövsiyə edilən temperatur diapazonu xaricində istifadəsi və ya saxlanması smartfonunuza və ya litium-ion batareyasına zərər vura bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Fövqəladə hallarda ünsiyyət üçün smartfonunuza arxalanmayın. Fövqəladə zənglər etmək və ya mesajlar göndərmək üçün vacib olan simsiz şəbəkələr bütün ərazilərdə mövcud olmaya bilər və 911, 112 və ya 999 kimi fövqəladə nömrələr bəzi ərazilərdə sizi fövqəladə xidmətlərə qoşmaya bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuz və smartfon aksessuarları uşaqlar üçün nəzərdə tutulmamışdır. Smartfondan istifadə etməyə və ya smartfona toxunmağa icazə verdiyiniz təqdirdə, uşağa ciddi nəzrət edin. Smartfonunuza uşaqlar üçün boğulma təhlükəsi yarada biləcək kiçik hissəciklər daxildir.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuzu nəbzölçən və eşitmə cihazları kimi tibbi cihazlardan uzaq tutun, çünki onlar düzgün işləməyə, sizə və digərlərinə xəsarət yetirə yaxud ölümə səbəb ola bilərlər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonun maye ilə təması qadağandır, əks halda qısa qapanma, yanğın yaxud elektrik şok baş verə bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Səsucaldandan istifadə edərkən smartfonu qulağınıza yaxın tutmayın. Eşitmə qabiliyyətinin ciddi və ömürlük zədələnməsi baş verə bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuzda yanıb sönən işıqlara reaksiya kimi epilektik tutmalar yaxud huşun itirilməsi ilə nəticələnə və sizin və digər şəxslər üçün təhlükəli ola bilər. Siz smartfonun istifadəsindən hər hansı dizorientasiya, huşun itirilməsi, qıc, konvulsiya, yaxud hər hansı bir qeyri-iradi hərəkətləri hiss edirsinizsə, yaxud ondan istifadə digər şəxslərdə bunların irəli gəlməsinə səbəb olursa, smartfondan istifadəni dərhal dayandırın və həkim ilə məsləhətləşin. LED bildiriş işığı smartfonunuzun ön hissəsində, yuxarı sağ küncdə yerləşir. Əgər smartfonunuzda kamera varsa, kamera işığının LED-i smartfonunuzun arxa tərəfində, kamera linzalarının yuxarısında və ya sağında yerləşir. Əgər siz epilektik qıclara yaxud huşun itirilməsinə həssasınızsa, smartfonunuzdan istifadə etməmişdən əvvəl həkiminizlə məsləhətləşin.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuzu əlsiz rejimində istifadə etmək üçün qanuni icazəniz yoxdursa, sükan arxasında smartfondan istifadə etməyin. Sükan arxasında smartfonunuzdan istifadə sizə və digərlərinə ciddi xəsarət, ölüm yaxud əmlak itkisinin daha yüksək riskini yarada bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuzu qaz dumanı olan yerlərdə istifadə etməyin, əks halda yanğın yaxud partlayış təhlükəsi yarana bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonunuzu oda atmayın, əks halda cihaz partlayaraq ciddi xəsarət, ölüm yaxud əmlak itkisinə səbəb ola bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Təyyarədə smartfonunuzu söndürün. Smartfonunuzdan təyyarədə istifadə təyyarə alətlərinə, rabitəyə və uçuşa təsir göstərə, şəbəkəni poza, təyyarənin, heyətin işinə və sərnişinlərə təsir edə və qanuna zidd ola bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonlar öz xüsusiyyətlərinə görə təhlükəsiz deyil və partlayıcı qaz, toz yaxud kimyəvi maddələrin olduğu yerlərdə istifadə olunmamalıdır. Bu cür ərazilərdə qığılcım insan sağlamlığına zərər, ölüm və ya əmlaka ziyanla nəticələnə bilən partlayış yaxud yanğına səbəb ola bilər.

Smartfonunuzdan təhlükəsiz istifadə

  • Smartfonunuzun üzərinə ağır əşyalar qoymayın.
  • Smartfonunuzun modifikasiyasını, yaxud texniki xidmətiniı özünüz yerinə yetirməyə çalışmayın.
  • BlackBerry tərəfindən smartfonla birlikdə təmin edilmiş sənədləşmədə göstərilmədiyi təqdirdə, smartfonun dəliklərini örtməyə və ya dəliklərə nəsə daxil etməyə çalışmayın. Qısa qapanma, yanğın, yaxud elektrik vurması baş verə bilər.
  • Ekranda yad əşyalardan istifadə etməyin.
  • Ekranda böyük güc tətbiq etməyin.
  • Suyun yaxınlığında smartfon və ya smartfon aksesuarlarından istifadə etməyin (məsələn, vanna, yaxud tas, nəm zirzəmi, yaxud üzgüçülük hovuzu).
  • Smartfon və ya smartfon aksesuarlarınızı hər hansı möhkəm olmayan səth üzərinə qoymayın. Smartfon və ya smartfon aksessuarları düşə bilər və bununla da insana ciddi zədə, yaxud smartfon və ya smartfon aksessuarına zərər yetirə bilər.
  • Smartfonunuzun ekranı şüşədən hazırlanıb. Smartfon əlinizdən düşərsə və ya şüşəyə güc tətbiq olunarsa, şüşə sına və ya qırıla bilər. Şüşə sınsa və ya qırılsa, ekran təmir olunana kimi ona toxunmayın.
  • Smartfonunuzdan istifadə edərkən tez-tez fasilələr verin. Smartfonunuzdan istifadə edərkən boyununuzda, çiyinlərinizdə, biləklərinizdə, əllərinizdə, (barmaqlar daxil olmaqla) yaxud bədəninizin digər hissələrində narahatçılıq hiss edirsinizsə, istifadəni dərhal dayandırın. Əgər narahatlıq hissi davam edərsə, həkimə müraciət edin.
XƏBƏRDARLIQ:
Cihazınıza Sinif 1 LED lazer məhsulu daxildir. Məhsulun dizaynında/sınaqda təyin olunmuş idarəetmə və ya tənzimləmərin istifadə edilməsi yaxud prosedurların icrası təhlükəli LED lazeri şüalanmasının güc/ekspozisiyası ilə nəticələnə bilər.

Elektrik təhlükəsizliyi

Smartfonunuza enerjini yalnız BlackBerry tərəfindən təmin edilmiş yaxud BlackBerry tərəfindən xüsusi olaraq bu smartfonla istifadə üçün təsdiq edilmiş enerji yükləmə aksessuarları ilə yükləyin. Batareya Sisteminin IEEE Std 1725 Uyğunluğuna dair CTIA Sertifikatlaşdırma Tələblərinə cavab verməyən enerji yükləmə aksessuarlarından istifadə etməyin, belə ki, onlar yanğın, partlayış, batareya sızması yaxud başqa risklər daşıya bilərlər, bu isə ciddi xəsarət, ölüm yaxud əmlak itkisinə səbəb ola, hər hansı zəmanətin ləğv olunmasına gətirib çıxara bilər.

BlackBerry Passport smartfonu üçün təsdiqlənmiş enerji yükləmə aksessuarlarının modelləri

Enerjinin yüklənməsi üçün kabellər HDW-50071-001, HDW-50071-002, HDW-50071-003, HDW-50071-004, HDW-51800-001, HDW-51800-002, HDW-62449-001, HDW-62449-002

AC adapterləri: HDW-46445-001, HDW-46446-001, HDW-46447-001, HDW-46448-001, HDW-46449-001, HDW-46450-001, HDW-46451-001, HDW-58920-001, HDW-58921-001, HDW-58922-001, HDW-58923-001, HDW-58924-001, HDW-58925-001, HDW-58926-001, HDW-61383-001

Smartfon ilə təmin edilmiş yaxud BlackBerry tərəfindən təsdiqlənmiş hər hansı digər enerji yükləmə aksesuarlarını yalnız qeydiyyat nişanında göstərilən enerji mənbəyinin növünə uyğun olaraq istifadə edin. Hər hansı bir enerji mənbəyindən istifadə etməzdən əvvəl cərəyan gərginliyinin enerji təminatı mənbəyinin üzərində çap edilmiş gərginlik göstəricisi ilə eyni olduğunu yoxlayın. Smartfonu ancaq CTIA sertifikatlı adapterlərə, USB-IF loqotipi olan məhsullara yaxud USB-IF uyğunluq proqramını keçən məhsullara qoşun.

Rozetkaları və uzadıcı nagilləri həddən artıq işlətməyin çünki bu yanğın yaxud elektrik şok təhlükəsi ilə nəticələnə bilər. Kabelə yaxud ştepselə zərər təhlükəsini azaltmaq üçün yükləyici aksessuarını rozetkadan ayırdığınız zaman kabeli deyil, ştepseli dartıb çıxardın.

Elektrik kabelinin xüsusən rozetkaya və smartfona qoşulan hissələrini tapdanmaqdan və əzilməkdən qoruyun. Hər zaman elektrik kabelini elə yerlərdən çəkin ki, başqalarının xəsarət alma riskini, büdrəmə və ya boğulma riskini məhdudlaşdırmaq mümkün olsun. Şimşək çaxan zaman və ya istifadə olunmadıqda adapteri rozetkadan çıxarın. Adapterlərdən çöldə və ya elementlərin çox olduğu hər hansı ərazidə istifadə etməyin.

Qida mənbəyinə qoşulmaq haqqında daha ətraflı məlumat üçün smartfonunuzla birlikdə aldığınız sənədlərə baxın.

Smartfonunuz üçün aksesuarlar almaq üçün simsiz xidmət təminatçınızla əlaqə saxlayın və ya www.shopblackberry.com ünvanına daxil olun.

Batareya təhlükəsizliyi

Smartfonunuzda çıxarıla bilən litium-ion batareya vardır. Batareyanı çıxarmağa cəhd etməyin. Batareyanın çıxarılması smartfonunuzun Məhdud zəmanətini ləğv edəcək və bu, eyni zamanda batareyanıza zərərli ola bilər.

Düzgün istifadə edilmədikdə, batareya yanğına, partlayışa, kimyəvi yanığa və ya başqa təhlükələrə gətirib çıxara bilər. Batareyanızı mayelərlə təmasda saxlamayın. Batareyanı 140°F (60°C) dərəcədən artıq temperatura qədər qızdırmayın. Batareyanı 140°F (60°C) dərəcədən artıq qızması yanğına yaxud partlayışa səbəb ola bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Smartfonu və batareyasını isti pilitə, ocaq, otaq qızdırıcısı və ya soba kimi isitlik mənbələrinin və ya odun təsirinə məruz qoymayın, çünki bu, yanğın və ya partlayışa səbəb ola bilər.

Bu diaqram aşağıdakı mətndə təsvir edilən elementləri göstərir.

Batareyanın içərisinə xarici əşyalar əlavə etməyə cəhd etməyin. Batareyanı sökməyin, sındırmayın, ona dəyişikliklər etməyin, vurmayın, deşməyin, əyməyin və ya parçalamayın. Əgər batareya sökülərsə, sındırılarsa, ona dəyişikliklər edilərsə, vurularsa, deşilərsə və ya başqa şəkildə dəyişdirilərsə, batareyanın istifadəsini dərhal dayandırın.

Batareyanı qısaqapanmaya məruz qoymayın və ya metal, yaxud keçirici əşyaların batareya terminalı ilə əlaqə yaratmasına imkan verməyin.

XƏBƏRDARLIQ:
Batareyanı çıxarmağa cəhd etməyin. BlackBerry IEEE Std 1725 ilə uyğun smartfonlarda istifadə ediləcək batareyaları müəyyən edir. Hər hansı başqa batareyadan istifadə yanğın, partlayış, batareya sızması və digər risklərin meydana gəlməsinə səbəb ola bilər. Köhnə batareyaları bu sənəddə təqdim olunan təlimatlara əsasən atmalısınız.
Batareya yoxdur işarəsi Batareya xətası işarəsi

Smartfonunuzda bu işarələrdən birinin peyda olması ya batareya, ya da batareya birləşməsi ilə bağlı xətanın meydana gəldiyini bildirir. Smartfonuzu təmir etdirmək üçün ixtisaslaşmış xidmət personalına qaytarın.

Sükan arxasında və yolda təhlükəsizlik

Nəqliyyat vasitəsi idarə edən zaman smartfondan istifadə etməyin. Bütün diqqətinizi idarəetməyə yönəldin; idarələmə təhlükəsizliyi sizin birinci məsuliyyətinizdir. Siz avtomobili idarə etdiyiniz yerlərdə simsiz cihazların istifadəsinə dair qanun və göstərişlərin bilməsinə və əməl olunmasına görə məsuliyyət daşıyırsınız.

Avtomobilinizi idarə etməmişdən əvvəl smartfonunuzu təhlükəsiz şəraitdə saxlayın. Əgər avtomobiliniz təhlükəsizlik yastığı ilə təchiz edilibsə, smartfonunuzu, yaxud hər hansı digər aksessuarı təhlükəsizlik yastığının üzərində, yaxud onun yerləşdiyi yerdə saxlamayın. Təhlükəsizlik yastığı şişdikdə, insan səhhətinə ciddi zərər dəyə bilər.

Radiotezlik siqnalları avtomobillərdə qeyri-düzqün quraşdırılmış yaxud müvafiq qaydada təcrid olunmamış elektron sistemlərinə təsir edə bilər. Nəqliyyat vasitəsinin istehsalçısı və ya onun nümayəndəsinə müraciət edin. Əgər avtomobilinizə hər hansı bir avadanlıq əlavə edilibsə, siz həmin avadanlığın istehsalçısı ilə radiotezlik siqnalları üzrə məlumat üçün məsləhətləşməlisiniz.

Gəzdiyiniz zaman, yaxud tam diqqətinizi tələb edən hərəkət zamanı smartfondan istifadə etmək məsləhət görülmür. Nəqliyyat hərəkətinə, yaxud digər piyada təhlükələrinə qarşı diqqətsizlik insan sağlamlığı üçün ağır nəticələr verə bilər.

Aksessuarlar

Yalnız bu smartfon modeli ilə istifadə üçün BlackBerrytərəfindən təsdiq edilmiş aksessuarlardan istifadə edin. Təsdiq edilməmiş aksessuardan istifadə hər hansı təsdiq və ya zamanəti qüvvədən sala, smartfonun sıradan çıxması ilə nəticələnə, təhlükəli ola bilər.

Daşıma vasitələri:Smartfonunuz üzlüksüz (korpus üzərinə taxılan aksessuar) təchiz edilə bilər. Üzərinizdə gəzdirirsinizsə, smartfonunuzu hər zamanBlackBerry tərəfindən təsdiqlənmiş və ya təchiz edilmiş kəmər qısqaclı smartfon qoburuna salın. Əgər siz BlackBerry smartfonunuzu daşıyarkən təsdiqlənən kəmər qısqaclı qobur istifadə etmirsinizə, smartfonunuzla bədəniniz arasında məsafə smartfon siqnalını ötürərkən azı 0,59 düym (15 mm) olmalıdır. Smartfonunuzun istənilən məlumat funksiyasından (məsələn, e-poçt mesajları, PIN mesajları, MMS mesajları yaxud brauzer xidməti) USB kabel ilə, yaxud kabelsiz istifadə edərkən smartfonunuzla bədəniniz arasında 0,59 düym (15 mm) məsafədə saxlayın. BlackBerrytərəfindən təchiz, yaxud təsdiq edilməmiş aksessuarlardan istifadə smartfonunuzun radiotezlik təsiri üzrə təlimatlarını pozmasına səbəb ola bilər. Radiotezliklərə məruz qalmanın uzunmüddətli əsasda sağlamlığa təsirləri hazırda elmi tədqiqatlarla öyrənilməkdədir. Radiotezlik təsiri üzrə ətraflı məlumat üçün bu sənədin "Uyğunluq məlumatı" bölümünə baxın.

Smartfonlar üçünBlackBerrytərəfindən təsdiq edilmiş daşıma vasitələrinin əksəriyyətinin (məsələn, qoburlar, kisələr və üzlüklər) tərkibinə maqnit daxildir. Debit və kredit kartlar, otel kartları, telefon kartları kimi maqnit zolaqlı elementləri belə daşıma vasitələrinin yanına qoymayın. Maqnit maqnit zolağındakı məlumatları silə bilər.

Maqnitometrlər

Smartfonunuza maqnitometr daxildir. Maqnitometr Kompas kimi proqramlarda istifadə olunur. Maqnitlər, yaxud qobur, qulaqcıq, monitorlar kimi maqnit ehtiva edən cihazlar maqnitometrin dəqiqliyinə mənfi təsir göstərə bilər. Xüsusən fövqəladə hallarda yerinizin təyin edilməsi üçün maqnitometrdən istifadə edən proqramlara etibar etməyin.

Media

Müəyyən qanunlar smartfonunuzun bəzi xüsusiyyətlərindən istifadəni qadağan edə, yaxud məhdudlaşdıra bilər. Şəkilləri çəkdikdə, işlətdikdə yaxud istifadə etdikdə, smartfonunuzdan istifadə zamanı hər hansı müəllif hüququ, şəxsi həyatın toxunulmazlığı, kommersiya sirri, yaxud təhlükəsizlik qanunları daxil olmaqla, bütün qanunlara, nizamnamələrə, əsasnamələrə və qaydalara riayət edin. Digərlərin şəxsi hüquqlarına hörmətlə yanaşın. Müəllif hüququnun qorunması üzrə qanunlar bəzi şəkillərin, musiqilərin (zəng tonları daxil olmaqla) yaxud digər məzmunun nüsxələnməsini, dəyişdirilməsini, ötürülməsini yaxud yönləndirilməsini qadağan edə bilər.

Audio fayllar: Audio fayllara yüksək səslə qulaq asarkən (xüsusən də qulaqcıqlarla), eşitmə itkisi ola bilər. Səsli şəraitin təsirini azaltmaq cəhdi ilə qulaqlıqların səs dərəcəsini artırmağa çalışmayın. Əgər qulağınızda cingilti hiss edir, yaxud səsləri boğuq eşidirsinizsə, həkimə müraciət edin.

Eşitmə qabiliyyətinin itirilməsinə aid xəbərdarlıq şəkli.

Kamera: Smartfonunuzda kamera varsa, onu birbaşa günəş şüasına və ya hər hansı parlaq işığa məruz qoymayın. Bu, gözlərinizə ciddi zərər yetirə bilər və smartfonunuzun nasazlığına səbəb ola bilər. Kamera fleşindən istifadə edərkən, fleş LED işığını subyektin gözündən ən azı 19.69 düym (50 sm) aralı tutun.

Antena

Yalnız təchiz edilən quraşdırılmış antennadan istifadə edin. Antennaya icazəsiz dəyişikliklər və ya əlavələr smartfonu zədələyə və ABŞ Federal Kommunikasiyalar Komissiyasının (FCC) nizamnamələrini poza bilər.

Elektron avadanlığa müdaxilə

Müasir elektron avadanlıqlarının əksəriyyəti radiotezlik siqnallarından müdafiə olunur. Lakin, bəzi elektron avadanlıqlar smartfonunuzdan çıxan radiotezlik siqnallarından qorunmaya bilər.

Kardiostimulyator: Radiotezliklərin kardiostimulyatorunuza təsiri ilə bağlı həkim yaxud kardiostimulyatorunuzun istehsalçısı ilə məsləhətləşin. Smartfonunuzdan kardiostimulyatorunuzla əlaqədar təhlükəsizlik tələblərinə müvafiq qaydada istifadə edib-etmədiyinizi yoxlayın, bura aşağıdakı tələblər daxil ola bilər: smartfonunuz işlək vəziyyətdədirsə, hər zaman onu kardiostimulyatordan azı 7.88 inç (20 sm.) uzaqda saxlayın, smartfonunuzu döş cibinizdə daşımayın, potensial maneəni minimallaşdırmaq məqsədi ilə zəng edərkən və zəngləri qəbul edən zaman smartfonu kardiostimulyatordan əks tərəfdə olan qulağınıza yaxınlaşdırın. Əgər maneənin mövcudluğuna dair hər hansı şübhəniz varsa, smartfonunuzda bütün simsiz qoşulmaları dərhal söndürün, smartfonunuzdan istifadəni dayandırın və həkimlə məsləhətləşin.

Eşitmə qurğuları: Qulaq aparatları: Bəzi rəqəmli simsiz cihazlar qulaq aparatları üçün müdaxilə yarada bilər. Bu cür müdaxilənin mövcud olduğu halda simsiz xidmət təminatçınızla məsləhətləşin yaxud alternativ həlləri müzakirə etmək üçün qulaq aparatınızın istehsalçısına müraciət edin.

Smartfonunuza Kompas kimi proqramlarda istifadə olunan maqnitometr daxildir. Maqnitometrdən istifadə edən proqram eşitmə qurğusuna maneə törədirsə, proqramı bağlayın.

Digər tibbi qurğular: Əgər başqa hər hansı tibbi cihazdan istifadə edirsinizsə, cihazın xarici radiotezlik təsirinə müvafiq qaydada müdafiə olunub-olunmadığını müəyyən etmək üçün istehsalçıya müraciət edin. Sizin həkiminiz bu məlumatı əldə etməkdə kömək edə bilər.

Xəstəxanalar: Möcvud olduğu halda tibb müəssisələrində göstərilən tələblərə uyğun olaraq, smartfonunuzun bütün simsiz bağlantılarını söndürün. Xəstəxanalar, yaxud tibb mərkəzlərində xarici radiotezlik enerjisinə həssas avadanlıqdan istifadə edilə bilər.

Təyyarə: Federal Aviasiya Administrasiyası (FAA) və Federal Kommunikasiyalar Komissiyasının (FCC) qaydaları təyyarə havada olduğu zaman simsiz cihazların radiosundan istifadəni qadağan edir. Təyyarəyə minməmişdən əvvəl smartfonunuzda bütün simsiz bağlantıları söndürün. Təyyarədə simsiz bağlantılarla istifadə edilən smartfonun təsiri məlum deyil. Bu cür istifadə təyyarənin cihazlarına, rabitəsinə və texniki göstəricilərinə təsir göstərə, şəbəkədə nasazlıqlar yarada, təyyarənin idarə edilməsini təhlükəli edə və həmçinin qanunsuz ola bilər. Smartfonunuzda bütün simsiz bağlantılar söndürülmüş olduqda elektron cihazlar üçün hava yolları qaydalarına uyğun olaraq, cihazın yalnız radio əsasında çalışmayan proqramlardan istifadə edin.

Təhlükəli ərazilər

Smartfonunuz mahiyyət etibarilə təhlükəsiz deyil və təhlükəsiz cihazların tələb olunduğu, qaz buxarlanmasının mövcud olduğui, partlayıcı toz vəziyyətləri, nüvə reaktorlarının istismarı, təyyarə naviqasiyası, yaxud rabitə xidmətləri, hava yollarının nəzarəti və reanimasiya, yaxud silah sistemləri kimi təhlükəli mühitlərdə istifadə üçün nəzərdə tutulmur.

Potensial partlayıcı mühitlər: Potensial partlayıcı mühitdə olduqda, smartfonunuzun bütün simsiz bağlantılarını söndürün və bütün nişan və təlimatlara əməl edin. Bu cür ərazilərdə qığılcım insan sağlamlığına zərər yaxud hətta ölüm ilə nəticələnə bilən partlayış yaxud yanğına səbəb ola bilər.

Potensial partlayış mühiti ilə ərazilər çox vaxt açıq şəkildə nişanlanır lakin bu həmişə belə deyil. Onlara yanacaqdoldurma stansiyaları, qayıqlarda aşağı göyərtə, yanacağın yaxud kimyəvi maddələrin nəqli yaxud saxlanılması üzrə obyektlər; maye neft qazından (propan yaxud butan kimi) istifadə edən nəqliyyat vasitələri; dənəcik, toz yaxud metal tozları kimi kimyəvi maddələrin yaxud dənəciklərin havada olduğu sahələr; və nəqliyyat vasitənizin mühərrikini adətən söndürülmüş halda saxlamağınız tələb olunduğu hər hansı bir digər ərazi.

Smartfonunuzdakı telefondan qaz sızmasının yaxınlığında olarkən bu barədə məlumat çatdırmaq üçün istifadə etməyin. Ərazini tərk edin və əgər telefon buna imkan verirsə və smartfonunuz aktivdirsə, zəngi təhlükəsiz yerdən edin.

Partlama sahələri: Partlayış sahəsində yaxud partlayış əməliyyatlarına mane olmamaq üçün ikitərəfli radioların söndürülməli olduğu yerlərdə smartfonunuzun bütün simsiz bağlantılarını söndürün və bütün nişan və təlimatlara əməl edin.

İstismar və saxlanılma temperaturları

Smartfonunuz və smartfonunuzun adapteri aşağıda göstərilən temperaturlarda istifadə və mühafizə üçün nəzərdə tutulub:

Smartfonun istismarı: 32 - 95°F (0 - 35°C)

Smartfonun yaddasaxlama qabiliyyəti (3 aydan az): -4-95°F (-20-35°C)

Smartfonun yaddasaxlama qabiliyyəti (3 ay və ay daha artıq): 71.6 - 82.4°F (22 - 28°C)

Adapterin istismarı: 32-95°F (0-35°C)

Adapterin saxlanılması: -22 - 167°F (-30 - 75°C)

Smartfonunuzun və ya smartfon aksessuarlarının tövsiyə edilən temperatur diapazonu xaricində istifadəsi və ya mühafizəsi smartfonunuzun qızmasına səbəb ola bilər, bu isə ciddi xəsarət və ya ölüm halına, smartfonunuzun, aksesuarların və ya litium-ion batareyanın zərər görməsinə gətirib çıxara bilər.

Smartfonu və ya smartfonu aksesuarlarını radiatorlardan, qızdırıcılardan, sobalardan və istilik verən digər cihazlardan (gücləndiricilər daxil olmaqla) uzaq saxlayın. İki həftədən çox istifadə etməyəcəksinizsə, smartfonunuzu söndürün.

Smartfonun təmizlənməsi və təmiri

Təmizlik: Batareya daxil olmaqla, smartfonu və ya smartfonu aksessuarının üzərində, yaxud yaxınlığında maye, aerozol təmizləyiciləri, yaxud məhlullardan istifadə etməyin. Yalnız quru təmiz əski ilə təmizləyin. Smartfonunuzu, yaxud adapteri təmizləməmişdən əvvəl kompüterdən bütün kabelləri və elektrik cərəyanından bütün batareya yükləcisi aksessuarlarını ayırın.

Təmir: Smartfonunuzu və ya hər hansı enerji yükləyici aksessuarı dəyişməyə, sökməyə və ya təmir etməyə çalışmayın. Çıxarıla bilməyən batareyanı dəyişməyə cəhd etməyin. Smartfon və adapterlərinizdə təmir işləri və ya batareyanın əvəzlənməsi yalnız ixtisaslaşmış xidmət personalı tərəfindən yerinə yetirilməlidir və yalnız sizin smartfon modeliniz üçün BlackBerry tərəfindən müəyyən edilmiş batareyadan istifadə olunmalıdır.

Aşağıdakı hallardan biri baş verərsə, kompüter, yaxud elektrik rozetkasından kabelləri çıxarın və smartfonunuzu, yaxud adapterinizi ixtisaslı xidmət personalına göstərin.
  • Elektrik şnuru, birləşdirici zədələnərsə.
  • Smartfonu və ya onun adapterinin üzərinə maye tökülərsə və ya əşyalar düşərsə.
  • Smartfon və ya onun adapteri yağış və ya suyun təsirinə məruz qaldıqda
  • Smartfon, yaxud onun adapteri çox isinərsə.
  • Smartfon, yaxud onun batareyası yerə düşərsə, yaxud zədələnərsə.
  • Smartfon və ya onun adapteri istifadəçi təlimatlarına əməl olunmasına baxmayaraq, normal işləmədikdə.
  • Smartfon və ya onun adapterinin işində nəzərə çarpan fərq müşahidə olunduqda.

Yanğın, yaxud elektrik şokun təhlükə riskini azaltmaq üçün yalnız smartfonunun istifadəçi təlimatında verilən idarə elementlərini tənzimləyin. Digər göstəricilərin qeyri-düzgün tənzimlənməsi zərər yetirə bilər və çox vaxtı ixtisaslı mütəxəssisdən smartfonu və ya adapteri, yaxud digər bir aksessuarı normal iş vəziyyətinə yenidən qaytarmaq üçün böyük səy tələb edir.

Smartfonunuzun istifadəçi ilə bağlı sənədlərində olan təhlükəsizlik təlimatlarına əməl olunmazsa, Məhdud Zəmanət ləğv olunacaq və qanunu pozan tərəfin, məhkəmə prosesinin, yaxud hər ikisin dayandırılması, yaxud xidmətdən imtinası ilə nəticələnə bilər.

Smartfon və batareyadan istifadə

Məhdudlaşdırılmış tullantı qutusunun təsviri

smartfonunuzu və ya batareyanı məişət tullantıları qutusuna və ya oda atmayın.

Təkrar emal loqosu

Əlverişli şərait olduğu təqdirdə, smartfonunuz və batareyası təkrar emal edilə bilər. Bu simvol təkrar emal edilmiş materialları bildirmək üçün nəzərdə tuutlmamışdır.

Batareyanın təkrar emalı üçün 1-800-822-8837 nömrəsinə zəng edin

ABŞ və Kanadada smartfonunuzu və batareyanı Call2Recycle proqramı vasitəsilə təkrar emal etdirə bilərsiniz. Əlavə məlumat üçün ABŞ-da www.call2recycle.org və Kanadada www.call2recycle.ca ünvanına daxil olun.

Smartfon və aksesuarların BlackBerrytəkrar dövriyyəsi və təhlükəsiz atılması haqqında məlumat üçün kompüterinizin brauzerindən www.blackberry.com/recycling və ya https://tradeup.blackberry.com ünvanına daxil olun. Təkrar dövriyyə və barter proqramları yalnız müəyyən yerlərdə mümkündür.

Bu proqramlar sizin ərazidə təklif edilmirsə, elektron məhsulların atılmasına dair yerli qaydalara əməl edin.

Smartfonunuzu və onun batareyasını bu cür element növünün utilizasiyasını idarə edən qanun və nizamnamələrə uyğun olaraq utilizasiya edin.

Uyğunluq məlumatı

Radiotezlik siqnalları ilə təmas

Smartfonun radiosu aşağı gücə malik radio ötürücüsü və qəbuledicisidir. O, simsiz cihazların radio tezliklərə məruz qalmaya dair təhlükəsizlik səviyyələri haqqında Federal Kommunikasiyalar Komissiyası (FCC), Kanada Sənaye (IC) və Avropa İttifaqı Şurasının təlimatlarına və limitlərinə, həmçinin, digər müvafiq beynəlxalq təlimatlara uyğun şəkildə hazırlanıb. Bu təlimatlar müstəqil elmi ekspertlər, hökumətlər və təşkilatlar, həmçinin Elektrik və Elektron Mühəndislik Standartı İnstitutu (IEEE), Radiasiyadan Müdafiə və Ölçü Vahidlərinə dair Milli Şura (NCRP) və Qeyri-ionlaşdırıcı Radiasiyadan Müdafiəyə dair Beynəlxalq Komissiya (ICNIRP) tərəfindən hazırlanmışdır.

FCC, IC, Aİ və radiotezliyə məruz qalmaya dair digər müvafiq beynəlxalq təlimatlar və limitlərə əməl etmək üçün smartfonla bədəniniz arasında ən azı 0,59 düym (1,5 sm) məsafə saxlayın. Smartfonu üzərinizdə gəzdirərkən, yalnız BlackBerry tərəfindən təchiz və ya təsdiq edilmiş inteqrasiya olunmuş kəmər qısqacı olan aksessuarlardan istifadə edin. Əgər siz BlackBerry tərəfindən təchiz edilməmiş, üzərinizdə gəzdirilən cihazdan istifadə edirsinizsə, aksessuarda metal olub-olmadığını yoxlayın və smartfonla bədəniniz arasında ən azı 0,59 düym (1,5 sm) məsafə saxlayın.

Radiotezliyə məruz qalmanı azaltmaq üçün: (i) smartfondan güclü simsiz siqnal olan yerlərdə istifadə edin; (ii) qulaqlıq seçimlərindən istifadə edin; və (iii) zəng etmək, e-poçt və ya mətn mesajı BBM və ya mesajı göndərmək üçün sərf edilən vaxtı azaldın.

Xüsusi absorbsiya dərəcəsi haqqında məlumat

BU SİMSİZ CİHAZ MODELİ BU BÖLMƏDƏ GÖSTƏRİLDİYİ KİMİ İSTİFADƏ EDİLDİYİ TƏQDİRDƏ RADİODALĞALARLA TƏMAS ÜZRƏ DÖVLƏT QANUNLARINA UYĞUNDUR.

Bu smartfon yuxarıdakı bölmədə göstərilən şəkildə istifadə edildiyi təqdirdə ABŞ Höküməti Federal Kommunikasiyalar Komissiyasının (FCC) müəyyən etdiyi radiotezliyə məruzqalma üzrə emissiya limitlərini radiotezliyə məruzqalma üzrə emissiya limitlərini keçməmək şərti ilə hazırlanıb və istehsal edilib. Bu limitlər hərtərəfli təlimatların hissəsidir və istifadəçilər üçün radiotezlik enerjisinin icazə verilən hədlərini müəyyən edir. Bu təlimatlar müstəqil elmi təşkilatlar tərəfindən elmi tədqiqatların mütəmadi və hərtərəfli qiymətləndirilməsi nəticəsində hazırlanmış standartlara əsaslanır. Simsiz cihazlar üçün olan bu standart xüsusi absorbsiya dərəcəsi yaxud XAD kimi tanınan ölçü vahidindən istifadə edir. FCC tərəfindən təyin olunmuş XAD həddi 1,6 Vt/kq* təşkil edir. Avropa İttifaqının Şurası tərəfindən tövsiyə olunan XAD həddi 2,0 Vt/kq** təşkil edir. XAD sınaqları FCC tərəfindən müəyyən edilmiş standart istismar mövqelərindən istifadə edilməklə, cihaz bütün sınanan tezlik diapozonlarında qeydə alınmış ən yüksək güc səviyyəsində siqnal ötürərkən keçirilir. XAD qeydə alınmış ən yüksək güc səviyyəsində müəyyən olunduğuna baxmayaraq cihazın faktiki XAD göstəricisi istismar zamanı maksimum dərəcəsindən çox aşağı ola bilər. Bu, cihazın çoxsaylı güc səviyyələrində işləmək üçün nəzərdə tutulmasının nəticəsidir, çünki yalnız şəbəkəyə çatmaq üçün lazım olan gücdən istifadə olunur. Ümumilikdə isə əsas stansiya antennasına nə qədər yaxın olsanız, çıxış gücü o qədər də az olacaq.

Qulaqda istifadə edərkən bu smartfon üçün ən yüksək XAD dərəcəsi:

Smartfon

XAD (Vt/kq) - 1 q (FCC/IC)

SAR (Ç/kq) - 1 q (Hindistan)

SAR (Ç/kq) - 10 q (R&TTE)

BlackBerry Passport SQW100-4 smartfonu (model nömrəsi RHR191LW)

0,861

0,559

0,403

Sınaqlarda BlackBerry tərəfindən təsdiqlənmiş inteqrasiya edilmiş kəmər qısqacı olan qoburlardan və ya bədəndən 0,59 düym (1,5 sm) məsafədə istifadə edilərkən bu smartfon üçün ən yüksək XAD göstəricisi:

Smartfon

XAD (Vt/kq) - 1 q (FCC/IC)

SAR (Ç/kq) - 1 q (Hindistan)

SAR (Ç/kq) - 10 q (R&TTE)

BlackBerry Passport SQW100-4 smartfonu (model nömrəsi RHR191LW)

1,44

0,914

0,735

Mobil giriş nöqtəsi rejimində işlədiyi zaman bu smartfon üçün ən yüksək XAD göstərəcisi:

Smartfon

XAD (Vt/kq) - 1 q (FCC/IC)

BlackBerry Passport SQW100-4 smartfonu (model nömrəsi RHR191LW)

1,44

Üzərinizdə gəzdirməyə dair ölçülər (tövsiyə olun ara məsafə) təchiz edilən və ya mövcud cihazlardan və tətbiq olunan FCC, IC və Avropa İttifaqı Şurasının tələblərindən asılı olaraq müxtəlif naqilsiz cihazlar, həmçinin smartfonlar arasında fərqlənir.

FCC bu smartfon üçün Avadanlığın icazəsini smartfon bu bölmədə göstərilən qaydada istifadə edildiyi təqdirdə FCC radiotezliklərə məruz qalmaya dair təlimatlara uyğun bildirilən XAD səviyyələrinə əsaslanaraq təmin edib. Bu simsiz cihaza dair XAD məlumatları FCC-da olan fayldadır və www.fcc.gov/oet/ea saytının Nümayiş icazəsi bölməsində, aşağıda qeyd edilən smartfonun FCC ID-ni axtardıqdan sonra tapmaq olar

Smartfon

FCC ID

BlackBerry Passport SQW100-4 smartfonu (model nömrəsi RHR191LW)

L6ARHR190LW

XAD haqqında əlavə məlumatı www.ctia.org (CTIA - The Wireless Association) və ya www.tele.soumu.go.jp/e/index.htm ünvanlarından əldə etmək olar (Daxili İşlər və Rabitə Nazirliyinin Telekommunikasiya Bürosu).

___________________________________

* Amerika Birləşmiş Ştatlarında və Kanadada istifadə edilən mobil cihazlar üçün XAD (xüsusi absorbsiya dərəcəsi) həddi bədən və baş toxumasının orta hesabla 1 qram üzrə 1 Vatt/kq (Vt/kq) təşkil edir (əllər, biləklər, topuq və ayaq toxumalarının orta hesabla 10 qram üzrə 4 Vt/kq).

** Avropada istifadə edilən mobil cihazlar üçün XAD (xüsusi absorbsiya dərəcəsi) həddi bədən və baş toxumasının orta hesabla 1 qram üzrə 2 Vatt/kq (Vt/kq) təşkil edir (əllər, biləklər, topuq və ayaq toxumalarının orta hesabla 10 qram üzrə 4 Vt/kq). Standart istifadəçilərə əlavə müdafiəni təmin etmək üçün və ölçülərdə hər hansı bir dəyişikliklərin mövcudluğunu nəzərə alaraq kifayət qədər təhlükəsizlik ehtiyatına malikdir.

FCC uyğunluq bəyannaməsi (Amerika Birləşmiş Ştatları)

FCC Klass B Hissə 15

Bu smartfon Federal Kommunikasiyalar Komissiyası (FCC) Qaydalarının 15-ci hissəsinə tabedir. Əməliyyat aşağıdakı iki şərtə tabedir: (1) bu smartfon başqa cihazların işi üçün zərərli maneə yaratmamalıdır və (2) işinə arzuolunmaz təsir edən maneələr daxil olmaqla, istənilən maneəni qəbul etməlidir.

XƏBƏRDARLIQ:
Cihaza uyğunluğa görə məsuliyyət daşıyan tərəfin açıq şəkildə təsdiqləmədiyi dəyişikliklər yaxud modifikasiyalar istifadəçinin bu avadanlıqdan istifadə hüququnu ləğv edə bilər.

Bu avadanlıq FCC Qaydalarının Hissə 15-in Klass B rəqəmli cihaz üzrə həddlər üzrə yoxlanılmış və uyğunluğu aşkarlanmışdır. Bu həddlər yaşayış binasında zərərli müdaxiləyə qarşı kifayət qədər müdafiəni təmin etmək üçün hazırlanıb. Bu avadanlıq radiotezlik enerjisini yaradır, ondan istifadə edir və onu şüalayır və istehsalçı tələblərinə uyğun olaraq düzgün quraşdırılmadığı ya istifadə edilmədiyi halda radiorabitəyə zərərli müdaxilə yarada bilər.

Lakin bu, müdaxilənin müəyyən bir vəziyyətdə baş verdiyinə zəmanət deyil. Əgər bu avadanlıq radio və ya televiziya siqnallarının qəbuluna əlverişsiz təsir göstərirsə, - bu isə avadanlığın söndürülməsi və işə salınması ilə müəyyən edilə bilər – istifadəçi aşağıdakı tədbirlərin bir və ya bir neçəsindən istifadə etməklə maneəni aradan qaldırmağa çalışa bilər: qəbuledici antenanın yerinin və ya yönünün dəyişdirilməsi, avadanlıq və qəbuledici arasındakı məsafənin artırılması, avadanlığın qəbuledicinin birləşdirildiyindən fərqli şəbəkəyə qoşulması, yaxud kömək üçün diler və ya təcrübəli radio və ya TV mütəxəssisinə müraciət.

Federal Kommunikasiyalar Komissiyasının ("FCC") qulaq aparatının simsiz cihazlar ilə uyğunluğu üzrə ABŞ məlumatı

Simsiz cihazlar qulaq aparatlarının yaxınlığından istifadə edildiyi zaman (qulaq aparatları və koxlear implantantları kimi), istifadəçilər vızıltı, mızıltı yaxud iniltiyə oxşar səsləri eşidə bilərlər. Bəzi qulaq aparatları digərləri ilə nisbətində bu müdaxiləyə daha davamlıdır və həmçinin simsiz cihazlar yaratdıqları müdaxilə həcminə görə fərqlənir.

Qulaq aparatları istifadəçilərin onların qulaq aparatları ilə uyğun ola bilən simsiz cihazları tapmaq üçün mobil rabitə sektoru təsnifatları yaradıb. Bəzi simsiz cihazlar hələ qiymətləndirilməmişdir. Qiymətləndirilmiş simsiz cihazlar digər müvafiq təsdiq nişanları ilə birgə olan qeyddə göstəriciləcək.

Bu təsnifatlar zəmanət deyil. Nəticələr istifadəçinin qulaq aparatından və eşitmə qabiliyyətinin itirilmə dərəcəsindən asılı olaraq fərqlənəcək. Əgər sizin qulaq aparatınız müdaxiləyə həssasdırsa, siz qiymətləndirilmiş simsiz cihazdan müvəffəqiyyətlə istifadə edə bilməyəcəksiniz.

Qulaq həkiminizlə məsləhətləşmə və simsiz cihazınızın qulaq aparatınızla yoxlanılması onun şəxsi tələbləriniz üçün qiymətləndirilmənin ən yaxşı yoludur.

Bu smartfon istifadə etdiyi bir neçə simsiz texnologiya və qulaq aparatları ilə istifadəsi üzrə yoxlanılıb və qiymətləndirilib. Lakin bu smartfonda digər qulaq aparatları ilə istifadə üçün yoxlanılmamış texnologiyalardan istifadə oluna bilər. Bu smartfonu qulaq aparatınız yaxud koxlear implantatı ilə istifadə etdiyiniz zaman hər hansı səs eşidib-eşitmədiyinizi müəyyən etmək üçün smartfonun müxtəlif xüsusiyyətlərini hərtərəfli və müxtəlif yerlərdə yoxlamaq vacibdir. Qaytarılma və dəyişdirilmə qaydaları və qulaq aparatının uyğunluğu haqqında məlumat üçün xidmət təminatçınıza müraciət edin.

Qiymətləndirilmələr nəyi nəzərdə tutur

M-Dərəcələri: M3 yaxud M4 qiymətləndirilmiş simsiz cihazlar FCC tələblərinə cavab verir və yarlıksız simsiz cihazlara nisbətən qulaq aparatları üçün daha az müdaxilə yaradır. M4 bunlardan daha yüksək/yaxşı qiymətləndirmədir.

T-Dərəcələri: T3 yaxud T4 qiymətləndirilmiş simsiz cihazlar FCC tələblərinə cavab verir və yarlıksız simsiz cihazlara nisbətən qulaq aparatlarının telehalqası ("T kommutatoru" yaxud "Telefon kommutatoru) ilə daha yaxşı istifadə edilə bilər. T4 bunlardan daha yüksək/yaxşı qiymətləndirmədir. (Qeyd etmək lazımdır ki, bəzi qulaq aparatlarında telehalqa yoxdur.)

Qulaq aparatları da bu növ müdaxiləyə davamlılıq üzrə qiymətləndirilə bilər. Qulaq aparatınızın istehsalçısı yaxud qulaq həkiminiz sizə qulaq aparatınız üzrə bu nəticələri tapmaqda kömək edə bilər. Qulaq aparatınız nə qədər davamlı olarsa, siz simsiz cihazlardan daha az müdaxilə qəbul edəcəksiniz.

Simsiz cihazlarla qulaq aparatlarının uyğunluğuna dair və əmək qabiliyyəti məhdud olan şəxslərin telekommunikasiya xidmətlərinə çıxışı üçün FCC tərəfindən görülən tədbirlərə dair ətraflı məlumat üçün www.fcc.gov/cgb/dro saytına baş çəkin.

Kanada Sənaye Nazirliyinin sertifikatlaşdırması

Bu smartfon Kanadanın lisenziya tələb etməyən sənaye RSSstandart(lar)ına uyğundur. İstismar şərtləri aşağıdakılardır: (1) bu smartfon başqa cihazların işinə maneə yaratmamalıdır və (2) işinə arzuolunmaz təsir edən maneələr daxil olmaqla, istənilən maneəni qəbul etməlidir.

BlackBerry Passport SQW100-4 smartfonu (model nömrəsi RHR191LW) Kanadanın RSS 102, RSS 130, RSS 132, RSS 133, RSS 139, RSS 199, RSS-GENRSS 210 saylı sənaye standartlarına uyğundur; sertifikat nömrəsi 2503A-RHR190LW.

5150-5250 MHz diapozonunda istismar üçün nəzərdə tutulmuş smartfon eynikanallı mobil peyk sistemlərinə maneənin törədilməməsi üçün yalnız daxili istifadə üçündür.

Smartfonlar üçün 5250-5350 MHz və 5470-5725 MHz diapozonlarında maksimum antenna qəbul dərəcəsi EIRP həddinə uyğun olmalıdır.

Smartfonlar üçün 5725-5825 MHz diapozonunda maksimum antenna qəbul dərəcəsi nöqtədən nöqtəyə və nöqtədən nöqtəyə olmayan istifadə üçün təyin edilmiş EIRP həddinə uyğun olmalıdır.

Nəzərə almaq lazımdır ki, güclü radarlar 5250-5350 MHz və 5650-5850 MHz diapozonlarının birincidərəcəli istifadəçiləri kimi təyin edilir və bu radarlar LE-LAN smartfonlarına maneə törədə və/yaxud zərər yetirə bilər.

B Klass uyğunluğu

Bu smartfon Kanada Sənaye Nazirliyinin maneələr yaradan avadanlıqlara dair "İnformasiya Texnologiyası Avadanlığı - ölçü hədləri və metodları" ICES-003 adlanan standartında göstərilən radio səs şüalanmaları hədlərinin B Sinfinə uyğundur .

Avropa Birliyinin qanunvericiliyinə uyğunluq

BlackBerry bununla bəyan edir ki, bu smartfonu 1999/5/EC saylı Radio və Telekommunikasiya Terminalı Avadanlıqları Direktivinin (R&TTE) əsas tələblərinə və digər müvafiq müddəalarına uyğundur.

BlackBerry Passport SQW100-4 smartfonu (model nömrəsi RHR191LW): CE nişanlaması 0168

1999/5/EC Direktivi (HG nr.88/2003) əsasında hazırlanmış Uyğunluq bəyannaməsinə aşağıdakı səhifədə baxmaq olar: www.blackberry.com/go/declarationofconformity.

Əgər Wi-Fiaktivləşdirilmiş smartfonunuz varsa, smartfonunuz Avropa İttifaqına üzv ölkələrin hamısında Wi-Fi şəbəkələrində istifadə edilə bilər. Bu avadanlıq Türkiyədə istismar edilə bilər.

Avropa Birliyi Komissiyasının 12 fevral 2007-ci il Qərarına dair Rəsmi Bülletendə bildirilir ki, 5,150 - 5,350 GHz tezlik dalğasında simsiz çıxış sistemləri, o cümlədən radio lokal şəbəkələr daxili istifadə ilə məhdudlaşmalıdır. Şəbəkənin yaradılması simsiz giriş nöqtəsi domeni daxilində olduğuna və giriş nöqtəsi əsas cihaz olduğuna görə, bu smartfon heç vaxt şəbəkə yaradılmasını başlatmır və ya 5,150 GHz-dən 5,350 GHz-ə qədər tezlik diapozonunda xüsusi rejimdə şəbəkəyə qoşulmur.

Əlavə tənzimləyici uyğunluq

Smartfonunuzun standartlara uyğunluğuna və nəzarət orqanlarına dair təfərrüatlar aşağıdakı ünvandan əldə edilə bilər:BlackBerry

Bu smartfonda istifadə edilmiş lazer sensoru modulu Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) aşağıdakı standartı ilə uyğunluq təşkil edir: IEC/EN 60825-1 2007-03 ED 2.0.

FCC ID-sinə, IC Sertifikasiya Nömrəsinə, modelə və uyğunluq barədə məlumata baxmaq üçün başlanğıc ekranının yuxarısından aşağı sürüşdürün. Parametrlər > Haqqında toxunun və açılan siyahıda Nizamlayıcı təsdiqlər-i seçin.

Məhsul haqqında məlumat: BlackBerry Passport SQW100-4 smartfon

Mexaniki xüsusiyyətlər:

Çəki: təxminən 7,16 unsiya (203 q) o cümlədən litium-ion batareyası

Ölçü (U x E x H): 5,2 x 3,6 x 0,36 düym, 0,38 düym ilə kamerada (131,4 x 90,5 x 9,3 mm, kamerada 9,8 mm)

3 GB yaddaş, 32 GB proqram yaddaşı, microSD kart yuvası

Lazer sensoru modulunun aşağıdakı xüsusiyyətləri smartfonunuza şamil edilə bilər:

Klass 1 lazer məhsulu

Maksimal orta şüalandırma gücü: 0,18 mVt

Güc xüsusiyyətləri:

Çıxarılmayan, yüklənən litium-ion batareyası

3V, 1,8V nano SIM kartları dəstəkləyir

Portun məlumat sinxronlaşdırılması və enerji yüklənməsi üçün uyğunluğu: mikro USB 2.0

Mobil şəbəkə radiosu xüsusiyyətləri:

LTE diapazon dəstəyi: LTE 700, LTE 800, LTE 850, LTE 900, LTE 1700, LTE 1800, LTE 1900, LTE 2100, LTE 2600 MHz diapazonları

HSPA+ diapazon dəstəyi: UMTS 800/UMTS 850, UMTS 900, AWS 1700, PCS 1900, IMT 2100 MHz diapazonları

GSM diapazon dəstəyi: GSM 850, GSM 900, DCS 1800, PCS 1900 MHz diapazonları

Güc sinfi: Sinif 1 (DCS 1800, PCS 1900), Sinif 3 (UMTS, LTE), Sinif 4 (GSM 850) GSM 5.05-də göstərildiyi kimi, Sinif 4 (GSM 900) GSM 02.06-da göstərildiyi kimi, Sinif E2 (GSM 850, GSM 900, DCS 1800, PCS 1900)

Ötürücü tezlik: 704 - 716 MHz, 777 - 787 MHz, 824 - 849 MHz, 832 - 862 MHz, 880 - 915 MHz, 880 - 950 MHz, 1710 - 1755 MHz, 1710 - 1785 MHz, 1850 - 1910 MHz, 1920 - 1980 MHz, 2500 - 2570 MHz

Qəbuledici tezlik: 734 - 746 MHz, 746 - 756 MHz, 791 - 821 MHz, 869 - 894 MHz, 925 - 960 MHz, 1805 - 1880 MHz, 1930 - 1990 MHz, 2110 - 2155 MHz, 2110 - 2170 MHz, 2620 - 2690 MHz

Wi-Fi şəbəkə radiosu xüsusiyyətləri:

Simsiz LAN standartı: IEEE 802.11a, IEEE 802.11ac, IEEE 802.11b, IEEE 802.11g, IEEE 802.11k, IEEE 802.11n, IEEE 802.11r

IEEE 802.11b/IEEE 802.11g/IEEE 802.11k/IEEE 802.11n/IEEE 802.11r üçün ötürücü və qəbuledici tezlik: 2,412 - 2,472 GHz

IEEE 802.11a/IEEE 802.11ac/IEEE 802.11k/IEEE 802.11n/IEEE 802.11r üçün ötürücü və qəbuledici tezlik: 5,180 - 5,825 GHz

Bluetooth radio xüsusiyyətləri:

Tək diapazon dəstəyi: ISM 2,4 GHz

Ötürücü və qəbuledici tezlik: 2402 - 2480 MHz

Bluetooth Sinif 1

Əgər smartfonunuz NFC texnologiyasını dəstəkləyirsə, aşağıdakı xüsusiyyətlər tətbiq edilir:

İstismar tezliyi: 13,56 MHz

Dəstəklənən rejimlər: oxuma/yazma, kart emulyasiyası, eynisəviyyəli

Rəsmi bildiriş

©2015 BlackBerry. Bütün hüquqlar qorunur. BlackBerry® və əlaqədar əmtəə nişanları, adlar və loqotiplər BlackBerry Limited-in mülkiyyətidir və ABŞ-da, eləcə də dünyanın digər ölkələrində qeydiyyata alınmışdır və/və ya istifadə edilməkdədir. Bluetooth Bluetooth SIG-in əmtəə nişanıdır. Call2Recycle Call2Recycle, Inc. şirkətinin əmtəə nişanıdır CTIA - The Wireless Association CTIA - The Wireless Association-ın əmtəə nişanıdır. GSM GSM MOU Assosiyasının əmtəə nişanıdır. IEEE Std 1725, IEEE 802.11a, 802.11b, 802.11g, IEEE 802.11ac, 802.11k, 802.11r,802.11n Institute of Electrical and Electronics Engineers, Inc. əmtəə nişanlarıdır. LTEUMTS Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI) əmtəə nişanlarıdır. Wi-Fi Wi-Fi Alliance-ın əmtəə nişanıdır. Bütün digər əmtəə nişanları öz müvafiq sahiblərinin mülkiyyətindədir. Bu sənədləşmə, o cümlədən buraya istinad kimi daxil edilən bütün sənədlər və ya BlackBerry veb-saytında təqdim edilən sənədlər "olduğu kimi" və BlackBerry Limited və onun tərəfdaş şirkətləri tərəfindən heç bir şərt, təsdiq, təqdimat, zəmanət yaxud öhdəliksız təqdim edilir ki, bütün bunlar sizin qanunvericiliyinizdə icazə verildiyi maksimum dərəcədə açıq şəkildə imtina olunur.

İstənilən BlackBerry məhsulu və ya xidmətindən istifadə şərtləri ayrıca lisenziya, yaxud BlackBerry ilə bağlanmış başqa bir razılaşmada müəyyən edilir. BU SƏNƏDLƏŞMƏNİN HEÇ BİR HİSSƏSİ BLACKBERRY TƏRƏFİNDƏN BU SƏNƏDLƏŞMƏYƏ AİD OLANLARDAN FƏRQLİ HƏR HANSI BLACKBERRY MƏHSULU YAXUD XİDMƏTİNİN HİSSƏLƏRİ ÜÇÜN TƏQDİM EDİLMİŞ YAZILI QAYDADA AÇIQ ŞƏKİLDƏ İFADƏ EDİLMİŞ RAZILAŞMALARI, YAXUD ZƏMANƏTLƏRİ ÜSTƏLƏYƏ BİLMƏZ.


BlackBerry Limited
2200 University Avenue East
Waterloo, Ontario
Canada N2K 0A7

BlackBerry UK Limited
200 Bath Road
Slough, Berkshire SL1 3XE
United Kingdom

Kanadada nəşr edilmişdir